BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi fevralın 19-da Bakıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
BAYRAQDAR MEDİA xəbər verir ki, tədbirin açılış mərasimində Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Prof.Dr. Birol Akgün, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov, REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mir Şahin Ağayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Türkiyənin “Anadolu” Agentliyinin Asiya və Qafqaz bölgəsi üzrə təmsilçisi Tolga Özgenç, TRT-nin Bakı təmsilçisi Murat Akkoç, Milli Məclisin deputatları Sevil Mikayılova və Vüqar Rəhimzadə, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini Tahirə Allahyarova, həmçinin bir sıra media rəhbərləri çıxış edib.
Hesabat xarakterli çıxışlarda son 5 ildə media platformasında görülən işlər, iki ölkə arasında media sahəsində həyata keçirilən birgə fəaliyyətin nəticələri dəyərləndirilib, həmçinin yeni dövr üçün təkliflər irəli sürülüb.
Qeyd edək ki, tədbir haqqında geniş reportaj fevralın 20-də oxuculara təqdim ediləcək.
İlk şərhi yaza bilərsiniz