Press "Enter" to skip to content

Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb

İmzalanma mərasimi

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun (DİF) idarəedici direktoru Mirek Duşeklə videokonfrans formatında görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi vurğulanıb. Əməkdaşlıqçərçivəsində ölkəmizdərəqəmsal transformasiya, innovasiya və texnologiya istiqamətində atılan addımlar qeyd edilib. Tərəfdaşlığın perspektivləri və potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb”.

Məlumata görə, görüş çərçivəsində DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubunun onlayn imzalanma mərasimi keçirilib: “Niyyət Məktubuna əsasən DİF İqtisadiyyat Nazirliyi ilə birgə dövlət və özəl sektorların nümayəndələrini bir araya gətirərək Azərbaycanınqlobal bilik və mübadilə şəbəkəsinə qoşulması ilə bağlı təşəbbüslərədəstək olacaq.Bu təşəbbüs innovasiya və bacarıqların inkişafı sahəsində yeni imkanlar yaratmaq və müasir bacarıqlar ekosisteminin inkişafınatöhfə vermək məqsədi daşıyır. Bacarıqlar üzrə Akselerator Platformasının sürətlə dəyişən iqtisadiyyata uyğun insan kapitalının inkişafı üçün həllər təklif edəcəyi və dövlət-özəl əməkdaşlığını stimullaşdıracağı diqqətə çatdırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.