Press "Enter" to skip to content

Aİİ tələbələri təhsillərini Türkiyədə davam etdirəcək

Aİİ tələbələri təhsillərini Türkiyədə davam etdirəcək

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri təhsillərini 2024/2025-ci tədris ilinin yaz semestri ərzində Türkiyənin İstanbul 29 Mayıs Universitetində davam etdirəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “mübadilə İstanbul 29 Mayıs Universiteti ilə Aİİ arasında 2018-ci ildə imzalanmış Əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib. Əməkdaşlıq müqaviləsinə əsasən, sayca 4-cü tələbə mübadiləsi çərçivəsində Aİİ “Dinşünaslıq” ixtisasının III kurs tələbələri – Sadiq BabayevMurad Feyzullayev İstanbul 29 Mayıs Universitetində bir semestr ərzində təhsil alacaq”.

Sonra xəbərdə, “İstanbul 29 Mayıs Universitetində rektor Mustafa Sinanoğlu, İdarə Heyətinin sədri Tayyar Altıkulaçın tələbələr və Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova ilə görüşü təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb” deyə bildirilir.

Daha sonra Aİİ-nin nümayəndə heyətinin İstanbul 29 Mayıs Universiteti İlahiyyat fakültəsinin dekanı Ahmet Yücel, Tələbələrə dəstək şöbəsinin müdiri və Oğlan tələbə yataqxanasının müdir müşaviri Ahmet Ali Tonyalı ilə görüşü keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.