BAYRAQDAR MEDİA – Xəzər universitetinin Neftçilər korpusunda “Texnologiyanın geosiyasəti” adlı simpozium keçirilir.
Mühüm müzakirələrlə zəngin olacaq tədbirin açılışında qardaş Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün çıxış edib.
Çıxışında bir sıra mühüm məqamlara toxunan səfir deyib ki, texnologiya uzun zamandır qlobal güclərin və proseslərin irəli getməsi üçün əsas alət kimi istifadə edilib. Bu gün süni intellekt məsələsi gündəmdədir. IV sənaye inqilabı dövründə süni intellektin nələr vəd etdiyi hələ də bir çoxlarına bəlli deyil.
Səfir, həmçinin yeniliklərin insan üçün yaratdığı problemlərdən də bəhs edib.
Qeyd edək ki, simpoziumun panel müzakirəsində Türkiyədən gəlmiş professor Erman Akıllı (Ankara Hacı Bayram Vəli Universiteti) və fəlsəfə elmləri direktoru Qloria Shkurti Özdemir (SETA) iştirakçılara geosiyasətin texnologiyası mövzusunda nəzəri və praktik seminar verəcək.
İlk şərhi yaza bilərsiniz