Press "Enter" to skip to content

Uşaq evlərinin 250-yə yaxın sakini Bakı məktəblərində təhsil alır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində paytaxtdakı uşaq evlərinin 247 sakini təhsil alır.

Bu barədə BAYRAQDAR MEDİA-ya BSTİ-dən məlumat verilib.

Bildirilib ki, “onlar 1 saylı Uşaq evi sosial xidmət müəssiəsi, 2 saylı Uşaq evi sosial xidmət müəssiəsi, 3 saylı Uşaq evi sosial xidmət müəssiəsi, “Təmiz Dünya” və “Ümid yeri” uşaq sığınacaqlarında məskunlaşan uşaqlardan ibarətdir. Həmin uşaqlar məktəblərdə digər uşaqlarla səmimi ünsiyyət qurur və təhsil mühitinə uğurla adaptasiya olunur, cəmiyyətin bir hissəsi kimi formalaşırlar. Bu prosesə təkan vermək üçün vaxtaşırı olaraq BŞTİ tərəfindən həmin uşaqlarla görüşlər keçirilir”.

Məlumata görə, uşaq evləri sakinlərinin məktəbə adaptasiya vəziyyəti ilə maraqlanmaq, onların motivasiyasını gücləndirmək və cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədilə keçirilən görüşlər zamanı uşaqları maraqlandıran suallar cavablandırılır, onlara hədiyyələr verilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.