Press "Enter" to skip to content

Tbilisi-Bakı reysini yerinə yetirən təyyarənin uçuşu gecikir

BAYRAQDAR MEDİA – “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AZAL-ın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir”.

Sonra xəbərdə, “əlavə suallar yaranarsa, sərnişinlərin callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmələri mümkündür. AZAL uçuşların təhlükəsizliyi onlar üçün bir nömrəli prioritet olduğunu qeyd edərək yaranmış narahatlığa görə üzrxahlıq edib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.