Press "Enter" to skip to content

Tələbələr MEK-də istehsalat təcrübəsinə başlayıb

Tələbələr MEK-də istehsalat təcrübəsinə başlayıb

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti, Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi, Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq, Bakı Biznes və Kooperasiya Kollecinin Mühasibat uçotu fakültələrinin IV kursunda təhsil alan- ümumilikdə 47 tələbənin istehsalat təcrübəsi başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov ali məktəb tələbələrinin bilik və bacarıqlarını inkişaf etdirmək, onların kitabxana-informasiya sahəsində praktiki təcrübə qazanmalarına şərait yaratmaq məqsədilə təşkil olunan istehsalat təcrübələrinin əhəmiyyətini vurğulayıb. Direktor tələbələrə dövlət tərəfindən kitabxanada yaradılan yüksək şəraitdən səmərəli istifadəni tövsiyə edib və təcrübə proqramının onların gələcək karyeralarına müsbət təsir göstərəcəyindən danışıb”.

Daha sonra xəbərdə deyilir ki, “təcrübəçi tələbələrə MEK üzrə məsul şəxs, Rəqəmsallaşma, İnnovasiya və Elektron Xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev çıxışı zamanı bildirib ki, tələbələr üç ay müddətində kitabxananın müxtəlif şöbələrində təcrübə keçəcəklər. Bu dövr ərzində onlar elektron və ənənəvi kataloqda işləmək, İRBİS 64 + AKİS proqramına ədəbiyyat nümunələri daxil etmək, kitab fondlarından istifadə, biblioqrafik göstəricilərin tərtibi və oxuculara xidmət sahəsində biliklərini artıracaqlar”.

Sonda kitabxana sahəsində mütəxəssis olan əməkdaşlar tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.