Press "Enter" to skip to content

Qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə bağlı monitorinqlər

Qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə bağlı monitorinqlər

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu çərçivədə, DYNX tərəfindən qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinqlər keçirilb. Bakı şəhərinin Səbail və Yasamal rayonlarında keçirilən monitorinq zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib”.

Sonra xəbərdə bildirilir ki, “həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir”.

FHN bir daha vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırıb və xatırladıb ki, bazar və yarmarkaların ərazisində, binaların zirzəmi və kürsü mərtəbələrində, o cümlədən həyətyanı sahələrdə propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.