Press "Enter" to skip to content

Kərkük türkmən xalqının birliyinin simvoludur

Kərkük

İraqda türkmən partiyaları bir araya gəlib

BAYRAQDAR MEDİA – Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısının sədri və İraq Türkmən Cəbhəsinin lideri Hasan Turanın sədrliyi ilə partiya sədrləri və idarəçilərin iştirakı ilə növbəti toplantı keçirilib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, “Kərkükdə keçirilən görüşdə milli məsələlər və türkmən siyasi arenasında baş verən ən mühüm hadisələr müzakirə edilib. İclasda türkmən xalqını narahat edən kritik məsələlərdə ortaq fəaliyyətin gücləndirilməsi və ümumi baxışın yaradılması məsələləri müzakirə olunub. Bundan əlavə, qarşıdan gələn siyasi proseslərə hazırlıq qiymətləndirilib, türkmən birliyinin qorunub saxlanmasının və hüquqların əldə olunması üçün səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb”.

Məlumata görə, iştirakçılar milli və türkmən dəyərlərinə sadiq qalmaq əzmində olduqlarını bir daha vurğulayıb, türkmən xalqının üzləşdiyi çətinliklərə qarşı mübarizədə birlik içində hərəkət etməli olduqlarını bildiriblər: “Kərkükün türkmən xalqının birliyinin simvolu olduğu və bu statusun qorunub saxlanması üçün səylərin davam etdiriləcəyi bildirilib. Görüşün sonunda Hasan Turan bütün türkmən qüvvələri arasında konstruktiv dialoqun davam etdirilməsinə və birgə əməkdaşlığın artırılmasına çağıraraq, bu yanaşmanın türkmən xalqının maraqlarını ən yaxşı şəkildə qoruyacağını, türkmənlərin İraqın siyasi arenasında mövqelərini gücləndirəcəyini bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.