BAYRAQDAR MEDİA – Fevralın 17-də İranın ali rəhbəri Əli Xameneyi yenidən heç bir əsası olmayan açıqlamaları ilə üstüörtülü şəkildə Türkiyə və Azərbaycan dövlət başçılarına qarşı açıq hücuma və təhqirə keçib.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Xəbərə əsasən, Xameneyi çıxışında heç bir ad çəkmədən bəzilərini düşmən adlandırıb və deyib: “İndiki təbrizli gənclər bölgənin vəziyyətini görür, dostu-düşməni tanıyır. Onlar heç bir qorxu hiss etmirlər, bir tərəfdən kiminsə “qışqırığına”, digər tərəfdən kiminsə “ulamasına” qarşı özünü güclü hiss edir”.
Qeyd edək ki, Xameneyinin İranda yaşayan türklər arasında milli oyanış dalğasına qarşı acizliyini göstərən təhqir dolu ifadələri İslam Republikasının artıq türklərə qarşı güc nümayişi etdirmək bacarığında olmadığını göstərir.
İlk şərhi yaza bilərsiniz