BAYRAQDAR MEDİA – Fevralın 21-i saat 19:00-da Akademik Milli Dram Teatrında tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” tamaşası nümayiş olunacaq.
Bu barədə sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd olunur ki, “səhnə əsərini Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşanılan əsrə baxış adlandırmaq olar. Həmçinin tamaşa əcdadlarının genetik kodlarını unudanlar haqqında ən uzun günün hekayəsidir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir”.
İlk şərhi yaza bilərsiniz