BAYRAQDAR MEDİA – Eskişehirdə 600 kvadratmetr sahədə heyvanlara xidmət göstərəcək Heyvan Xəstəxanasının açılışı olub.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “tam təchiz olunmuş Heyvan Xəstəxanası möhtəşəm bir mərasimlə qapılarını açıb. Şəhərin səhiyyə infrastrukturuna yeni nəfəs gətirən bu mərkəz heyvanlara ən yaxşı şəraitdə qayğı və müalicə etməyi qarşısına məqsəd qoyub”.
Açılış proqramında danışan Kənd Təsərrüfatı və Meşə İl müdiri Ender Muhammed Gümüş xəstəxananın şəhərə dəyər qatan bir ehtiyac olduğunu vurğulayıb.
İlk şərhi yaza bilərsiniz