Press "Enter" to skip to content

Biblioqrafik göstərici: Naxçıvan Muxtar Respublikası – 100

Biblioqrafik göstərici: Naxçıvan Muxtar Respublikası - 100

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Naxçıvanın yaranmasının 100 illiyi münasibəti ilə “Naxçıvan Muxtar Respublikası-100” adlı mövzu biblioqrafik göstərici hazırlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “bu göstərici, Prezident İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, AMEA Rəyasət Heyətinin Tədbirlər Planına uyğun olaraq tərtib edilib. Vəsait Naxçıvanın tarixi, ədəbiyyatı, coğrafiyası, iqtisadiyyatı, kənd təsərrüfatı və digər sahələri ilə bağlı mənbələri özündə birləşdirir”.

Daha sonra xəbərdə, “biblioqrafik göstəricinin elmi məsləhətçisi və Ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Kitabxana işləri üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru Şəhla Quliyeva, Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçiləri Elmi Biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, şöbənin əməkdaşları Afət MəmmədovaRəna Cavadovadır” deyə qeyd olunur.

Biblioqrafik göstərici regionşünaslar, alimlər, mütəxəssislər və ali məktəb tələbələri üçün nəzərdə tutulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.