Press "Enter" to skip to content

Beynəlxalq idman yarışlarından KKTC-nin iştirakı vacibdir

Ersin Tatar

BAYRAQDAR MEDİA – KKTC-nin beynəlxalq aləm tərəfindən tanınması üçün davamlı addımlar atılır.
Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar bu istiqamətdə bütün sahələrdə, o cümlədən idman sahəsində mühüm işlər görüldüyünü bildirib.

Məlumata görə, KKTC Cümhurbaşqanı beynəlxalq embarqo altında olan Kıbrıs türklərinin beynəlxalq miqyasda idman yarışlarında təmsil olunmasının vacibliyini vurğulayıb: “E.Tatar bunun üçün KKTC –nin dəstəklənməsinin vacib olduğunu bəyan edib. Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvü olan KKTC-nin buradakı təşkilatlarda iştirak etməyə başladığını bildirən E.Tatar Kıbrıs türk idmançılarının oxçuluqla bağlı beynəlxalq ictimaiyyəti əhatə edən tədbirlərdə iştirakının motivasiyanı artıracağını qeyd edib.

Tatar KKTC bayrağı ilə təşkilatlarda Kıbrıs türklərinin təmsil olunmasının ölkənin tanıtımı üçün son dərəcə əhəmiyyətli olduğunu bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.