Press "Enter" to skip to content

BDU və Kırşehir Ahi Evran Universiteti arasında anlaşma memorandumu

BDU və Kırşehir Ahi Evran Universiteti arasında anlaşma memorandumu

BAYRAQDAR MEDİA – Türkiyənin Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagilin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “BDU rektoru Elçin Babayev qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Türkiyənin ən nüfuzlu universitetləri ilə sıx əməkdaşlığa malikdir. Kırşehir Ahi Evran Universiteti ilə də elm və təhsil sahəsində müxtəlif əməkdaşlıq imkanları mövcuddur”.

Sonra xəbərdə deyilir ki, “M.K.Karahocagil rəhbərlik etdiyi universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıb. Kırşehir Ahi Evran Universitetinin hazırladığı daxili keyfiyyət təminatı sistemini təqdim edib”.

Daha sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsini, ortaq akademik proqramların yaradılmasını, akademik mobilliyin artırılmasını nəzərdə tutur. Hər iki universitet müştərək konfranslar, seminarlar və digər elmi tədbirlər təşkil edərək, bilik və təcrübə mübadiləsini gücləndirəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.