Press "Enter" to skip to content

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

BDU məzunlarının məşğulluq vəziyyəti təhlil edilib

BAYRAQDAR MEDİA – Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Bakı Dövlət Universitetinin (BDU) məzunlarının məşğulluq vəziyyətinin təhlilinə dair hesabatı təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli bildirib ki, Universitet məzunlarının məşğulluq vəziyyətinin təhlil edilməsi üçün 47 min 199 nəfər BDU tələbəsinin təhsil məlumatları, 23 min 978 məzun məlumatları və 12 min 500 nəfərin məşğulluğuna dair məlumatlarından istifadə edilib. BDU rektoru Elçin Babayev təhlil nəticələrini universitet məzunlarının əmək bazarına uğurla inteqrasiya olunmasına və tələbələrin gələcək karyera perspektivlərinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addım kimi dəyərləndirib. O bildirib ki, məzunlarının işə götürülmə göstəricilərinin analizi BDU üçün çox önəmlidir”.

Sonra xəbərdə, “təhlil nəticəsində məşğulluq göstəricisi yüksək olan TOP15 ixtisas müəyyən edilib. Məlum olub ki, məşğulluq göstəricisi ən yuxarı olan “İqtisadiyyat və idarəetmə”, “Kənd təsərrüfatı” ixtisas qruplarıdır. Məşğulluq göstəricisi ən yüksək olan məzunlar isə “Geologiya”, “Hidrometeorologiya”, “Menecment” ixtisaslarını bitirən tələbələrdir. Təhlil zamanı BDU və Universitetin Qazax filialı üzrə məzunların məşğulluq göstəricilərinin müqayisəsi aparılıb, ixtisas qrupları və ixtisaslarda orta əməkhaqqı göstəriciləri müəyyən edilib” deyə bildirilir.

Qeyd olunub ki, təhlilin nəticələrinə əsasən, tələbələrin iş həyatına daha asan uyğunlaşması üçün müxtəlif proqramlar tətbiq ediləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.