BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının özəl sektorun inkişafı üzrə regional direktoru, missiya rəhbəri Enriko Pinallinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “görüşdə dövlət-özəl əməkdaşlığı çərçivəsindəAİB ilə əməkdaşlıq yüksək qiymətləndirilib,enerji, ətraf mühit, infrastruktur, tranzit-logistika, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə icra olunan layihələrin əhəmiyyəti vurğulanıb.
AİB tərəfindən hazırlanmış müxtəlif sahələrdə dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təkliflər müzakirə olunub”.