Press "Enter" to skip to content

Üzeyir Hacıbəyli – 140: Qardaş ölkədə konsert

Üzeyir Hacıbəyli - 140: Qardaş ölkədə konsert

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının direktoru Ramiz Usmanov arasında görüş olub.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Görüşün əsas məqsədi görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, Azərbaycan dilində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsinə həsr olunub.

Bildirilib ki, Özbəkistanda artıq 1920-ci illərin əvvəllərindən Ü.Hacıbəylinin “Arşın mal alan”, “Leyli və Məcnun” və digər əsərləri əsasında milli musiqi əsərləri yaradılmağa başlanmış, bununla əlaqədar Özbəkistanda peşəkar teatrın yaranması və inkişafında, Özbəkistan professional musiqi sənətinin formalaşmasında, kadrların yetişməsində Ü.Hacıbəyli yaradıcılığı xüsusi rol oynamışdır. O, Şərq musiqi sənəti tarixinin əsas simalarından biridir və onun irsinə təkcə operalar deyil, həm də komediyalar, kamera orkestri üçün əsərlər və bütün dünyada tanınmış bir çox digər şah əsərləri daxildir.

Sonda Mərkəzin təklifi ilə Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə iki ölkə xalqları arasında mədəni mübadilənin və dostluğun rəmzinə, eləcə də Ü.Hacıbəylinin yaradıcılığına ehtiram əlaməti olacaq birgə konsertin keçirilməsi qərara alınıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.