BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın elmi-tədqiqat institutlarında çalışan kitabxanaçıların peşə bacarıqlarını inkişaf etdirmək, qabaqcıl təcrübəni yaymaq və kitabxana-informasiya sahəsində elmi-innovativ bilikləri öyrənərək tətbiq etmək məqsədi ilə ixtisasartırma təlimləri təşkil edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd olunur ki, “təlimin ilk günündə MEK-in direktoru texnika elmləri doktoru, Dos. Hüseyn Hüseynov kitabxanaçılarla görüşərək dövlət tərəfindən bu sahəyə göstərilən yüksək qayğıdan danışıb, elmi kitabxanalarda səmərəli, məhsuldar tədqiqat mühitinin formalaşdırılmasının və qorunmasının vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb”.
Daha sonra xəbərdə, “iki həftə davam edəcək təlimlərdə iştirakçılar elektron kitabxana və kataloqların yaradılması, kitabların rəqəmsallaşdırılması, virtual sərgilərin hazırlanması, xarici elektron bazalarda axtarış strategiyaları, biblioqrafik xidmətlərin təşkili və kitabxana işinə dair digər mühüm biliklərə yiyələnəcəklər” deyə bildirilir.
Qeyd edək ki, MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan təlimlərin sonunda iştirakçılara MEK tərəfindən sertifikatlar təqdim ediləcək.
İlk şərhi yaza bilərsiniz