Press "Enter" to skip to content

Kəmaləddin Heydərov Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

BAYRAQDAR MEDİA – Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Tacikistanın Azərbaycan fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səfiri səmimi salamlayan K.Heydərov Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakter daşıdığını xatırladıb. Bu çərçivədə, nazir səfirlə keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib”.

Sonra xəbərdə, “Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verən K.Heydərov Azərbaycan FHN ilə Tacikistanın aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensialdan danışıb. Eyni zamanda, bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və tədris məsələləri üzrə FHN-in Akademiyası ilə Tacikistanın aidiyyəti qurumları və tədris müəssisələri arasında əməkdaşlığın perspektivləri qeyd olunub” deyə bildirilir.

Həmçinin xəbərdə qeyd edilir ki, “səmimi görüşə görə təşəkkürünü bildirən İ.Abduraxmon iki ölkə arasında münasibətlərin daim genişləndiyini vurğulayıb. Bu çərçivədə, səfir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydasından danışıb, bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib”.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.