Dərginin 140-cı sayında da müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb
BAYRAQDAR MEDİA – “Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni, 140-cı sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb.
BAYRAQDAR MEDİA xəbər verir ki, dərginin yeni sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısı, Bəxtiyar Vahabzadənin “Yaşamaq istəyirəm” adlı şeiri, Mahir Qəribovun “Əhməd bəy Ağaoğlunun “Yeni Məcmuə” dərgisindəki yazıları”, Əkbər N.Nəcəfin “Oğuz fatehləri – Zəngilər” adlı araşdırmaları öz əksini tapıb.
Oxucular, həmçinin, yeni sayda Ramin Paşazadənin “Rza Diqqəti ilə müsahibəsi”ni, Elmin Nurinin “Dünyanı heyrətləndirən türk alim – Əl-Biruni”, Sübhan Talıblının “1918-ci il Salyan soyqırımı”, Əli Ağaoğlunun “Kimdir Yəhuda İskaryot?”, Ülviyyə Rəhmanın “Füyuzat” məcmuəsinin kiprli yazarı – Əhməd Raiq” başlıqlı araşdırmalarını, Muxtar Cəfərlinin “Məsuliyyət yükü”, Ekrem Özülkerin “Kapı”, Yunus Müşfiqin “Babi-Əziz: ruhunu seyr edən şahzadə” adlı məqaləsini oxuya bilərlər.
Dərginin sosial şəbəkə hesabında yayımlanan məlumatda o da qeyd edilib ki, artıq ənənə halını alan türkcə yazıların davamı olaraq bu dəfəki sayda türk yazar Ekrem Özülkerin “Kapı” hekayəsi orijinal dili və üslubu qorunmaqla çap olunub.
Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşmaq və ya sadəcə keçid vasitəsilə abunə olmaq məsləhətdir.
İlk şərhi yaza bilərsiniz