BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN), Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib”.
Sonra xəbərdə, “müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 600 kilometrdən çox məsafədə 13 min aldadıcı yem səpilib” deyə bildirilir.
Qeyd edək ki, peyvəndləmə məqsədilə uçuşların davam etdirilməsi nəzərdə tutulur.
İlk şərhi yaza bilərsiniz