Press "Enter" to skip to content

Bu, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir

Fazil Mustafa

Fazil Mustafa: Azərbaycanın xarici siyasəti kifayət qədər praqmatizmə və və milli maraqlara söykənən siyasətdir

BAYRAQDAR MEDİA – “Bu müsahibə, Azərbaycanın mövcud xarici siyasət xəttinin motivlərinin izah edilməsi, həm də qlobal siyasi proseslərin aktual problemləri ilə bağlı meydana çıxan bəzi suallara aydınlıq gətirilməsi baxımından əhəmiyyətlidir”.

Bunu Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsinə münasibət bildirən BQP başqanı, millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın xarici siyasəti kifayət qədər praqmatizmə və və milli maraqlara söykənən siyasətdir: “Şaxələnmiş xarici siyasətin nəticəsidir ki, Azərbaycan bu gün həm Avropa Birliyinə üzvü olan ölkələrlə, həm də region ölkələri ilə strateji tərəfdaşlıq və müttəfiqlik bəyannamələri imzalayıb. Müsahibədə qeyd edildiyi kimi Azərbaycanın təkcə Orta Asiya, Xəzər və Güney Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir”.

Ölkə başçısının müsahibəsində Çinə xüsusi yer ayırmasına da diqqəti çəkən millət vəkili daha sonra bildirib: “Ümumiyyətlə, CGTN telekanalında yayımlanan müsahibəni müasir qlobal zidfiyyətlər, onların səbəbləri və həlli ilə bağlı ölkənin mövqeyinin geniş auditoriyalara çatdırılması baxımından əhəmiyyətli hesab edirəm”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.