Press "Enter" to skip to content

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-də

Beynəlxalq İnformatika Olimpiadasının və SASMO-nun prezidentləri MEK-də

BAYRAQDAR MEDİA – Bakıda səfərdə olan Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, Sinqapur Milli Universitetinin professoru Sun Teck Tan, Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadasının (SASMO) prezidenti Henry Ong, həmçinin SASMO Azərbaycan və Türkiyə Olimpiada Mərkəzinin rəhbəri Ədalət Məmmədqasımov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov qonaqları kitabxanada görməkdən məmnunluğunu ifadə edib. H.Hüseynov rəhbərlik etdiyi kitabxananın bu il 100 yaşının tamam olduğunu, burada müxtəlif elm sahələrinə aid nadir nəşrlərin mühafizə edildiyini, həmçinin 46 ölkənin 127 təşkilatı və 80 elmi jurnalı ilə uğurlu əməkdaşlıq qurulduğunu bildirib. Direktor Sinqapurun elmi kitabxanaları ilə əlaqələrin genişləndirilməsinin, qabaqcıl təcrübənin və müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklərin öyrənilməsinin, yeni əməkdaşlıqların qurulmasının və kitab mübadiləsinin genişləndirilməsinin MEK üçün önəmli olduğunu vurğulayıb. Qonaqlar isə öz növbəsində təmsil etdikləri müəssisə barədə ətraflı məlumat verərək əməkdaşlıq təkliflərini irəli sürüblər”.

Daha sonra xəbərdə, “qonaqlar kitabxananın iş prosesi və fondları ilə yaxından tanış olublar. MEK-in Qarabağ müharibəsi qəhrəmanları, Nadir kitablar, Diplomatik fondları, oxu zalları ziyarət edilib. 44 günlük Vətən müharibəsindən sonra dövlətin dəstəyi ilə Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan Qarabağ müharibəsi qəhrəmanları fondunun əsas məqsədləri, fəaliyyəti və burada mövcud olan nəşrlər, guşələr haqqında ətraflı məlumat alıblar. Bundan əlavə, qonaqlar Respublikada XVI əsrə aid ən qədim kitab, nadir və qiymətli nəşrlər, həmçinin diplomatik nümayəndəliklər tərəfindən MEK-ə hədiyyə edilən ədəbiyyatlarla tanış olublar. Görüş zamanı qonaqlar MEK-də Sinqapur guşəsinin də yaradılmasını təklif ediblər” deyə qeyd edilir.

Kitabxana ilə tanış olan qonaqlar burada yaradılan şəraiti yüksək qiymətləndiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.