BAYRAQDAR MEDİA – Azərbaycan paytaxtı Bakıda Türk Obasının çadırları qurulmağa başlanılıb. Bu barədə “Okuklu Holdinq”in direktoru Yılmaz Okuklu öz sosial şəbəkə hesabından paylaşım edib.
Paylaşımda deyilir ki, çadırlar Dərnəgül yolu üzərində yerləşən Türk Ticarət Mərkəzindəki Gül baxçasında qurulur.
Paylaşımda həmçinin qeyd edilir ki, Novruz şənlikləri öncəsi oxçuluq poliqonunun açılış nəzərdə tutulub. Açılış mərasiminə Dünya Etnosport Konfederasiyasının başqanı Bilal Erdoğanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycandakı səfirlərinin dəvət edilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Bakıda Türk Ticarət Mərkəzinin açılışı 2024-cü il dekabrın 5-də olub. Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri və milli yeməklərdən ibarət restoranlar var. Türk Ticarət Mərkəzinin əsas məqsədlərindən biri Türkiyədən gələn iş adamlarına rahat fəaliyyət göstərmələri üçün imkanlar təqdim etməkdir.
Açılış mərasimində bəyan edilməsinə uyğun olaraq artıq Türk Ticarət Mərkəzində Türk dövlətləri üçün Türk Obası da istifadəyə verilir. Türk dövlətləri burada iqtisadi imkanlarını birləşdirə biləcək. Növbəti mərhələdə Türk Ticarət Mərkəzinin Özbəkistanda, daha sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətində istifadəyə verilməsi nəzərdə tutulub.
Türk Ticarət Mərkəzi, həmçinin türk dövlətlərindən olan iş adamlarına beynəlxalq bazarlara çıxış imkanı da təqdim edəcək.
İlk şərhi yaza bilərsiniz