BAYRAQDAR MEDİA – Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası keçirilib.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərə deyilir.
Xəbərdə bildirilir ki, “tamaşanın rejissoru Raul Türkkan, xoreoqraf isə Əməkdar artist Nigar Rzayevadır. Gecənin rəsmi hissəsini mərkəzin direktoru Anna İbrahimbəyova açıb. O, çıxışında gecənin əhəmiyyətini vurğulayaraq Prezident İlham Əliyevin Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı bu gün Sərəncam imzalamasını xatırladıb”.
Sonra xəbərdə, “Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Hicran Hüseynova, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Əməkdar artist Oleq Əmirbəyov və mədəniyyət sahəsinin digər nümayəndələri tədbirin qonaqları arasında yer alıblar” deyə qeyd edilir.
İlk şərhi yaza bilərsiniz