Press "Enter" to skip to content

Meşə fondu torpaqlarında 181 mindən artıq ağac əkilib

Meşə fondu torpaqlarında 181 mindən artıq ağac əkilib

BAYRAQDAR MEDİA – Ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində hazırda meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, təkcə bu gün Ağcabədi, Tovuz, Şəki, Şabran, Sabirabad, Cəlilabad, Oğuz və Quba rayonlarının meşə fondu torpaqlarında aparılan meşəbərpa tədbirləri zamanı ümumilikdə 25 min 770 ağac tingi əkilib: “Həftənin ötən 5 günü ərzində isə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 81 ha meşə fondu torpağında meşə əkini işləri aparılıb, 181 min 290 ədəd müxtəlif cinsli ağac tingi əkilib””.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.