BAYRAQDAR MEDİA – Anadolu Universiteti Futbol Komandasının adı “Eskişehir Anadolu Sportif Faaliyetler” olacaq.
Bu barədə eskisehir.net saytı məlmat yayıb.
Bildirilib ki, “klubun yeni sahibi Taylan Şahin klubun adının Eskişehir Anadolu Sportif Faaliyetler” olaraq dəyişdirilməsi üçün lazımi müraciətləri edib. Əldə edilən məlumata görə, yeni adı Türkiyə Futbol Federasiyasına bildirən T.Şahin, Eskişehir Gənclik və İdman İl Müdirliyi tərəfindən lazımi yazışmalar tamamlandıqdan sonra yeni loqo və ad dəyişikliyini tamamlayacaq”.
Digər tərəfdən klubun yeni loqosunun mavi şahin fiqurundan ibarət olacağı da məlumatlar arasındadır.
İlk şərhi yaza bilərsiniz