Press "Enter" to skip to content

Hasan Turan Heybet əl-Halbusini qəbul edib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin sədri Hasan Turan İraq parlamentində Təkaddum Qrupunun sədri Heybet əl-Halbusi ilə görüşüb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, görüş 2025-ci il fevralın 12-də paytaxt Bağdadda keçirilib: “İclasda İTC-nin siyasi büro üzvləri Məhəmməd Seman, Usama Nazım Dədə və ITC-nin Bağdad şöbəsinin müdiri Gülşen Cəlal da iştirak ediblər. Görüş zamanı ölkədə baş verən siyasi proseslər və ümumi məsələlər müzakirə edilib. Tərəflər siyasi qüvvələr arasında dialoqun gücləndirilməsi və ölkənin maraqlarını qoruyacaq həll yollarının yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar”.

Məlumata görə, həmçinin İraqın bölgədəki mövqeyinin gücləndirilməsi və vətəndaşlara daha yaxşı xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.