Press "Enter" to skip to content

Ersin Tatardan Nəvaz Şərifə minnətdarlıq

Ersin Tatar

BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar Pakistanın Baş naziri Şahbaz Şərifin KKTC-ni dəstəklədiyinə dair açıqlamasına təşəkkür mesajı yayımlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, “Prezident Ersin Tatar Pakistan Baş naziri Şahbaz Şərifin Türkiyə Cümhirbaşqanı Recep Tayyip Erdoğanla görüşündə KKTC üçün söylədiyi sözlərin məmnunluq doğurduğunu deyib.

KKTC Cümhurbaşqanın mesajında aşağıdakı sözlər öz əksini tapıb: “Dost və qardaş Pakistanın Baş nazirinə bu gün qətiyyətlə təkrar etdikləri ədalətli işimizə göstərdiyi sarsılmaz dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Pakistanın Baş naziri cənab Şahbaz Şərifin “Pakistan Kuzey Kıbrısın davasını tam dəstəkləyir və bu məsələdə çəkinmədən Türkiyənin yanındadır” ifadəsi Kıbrıs türk xalqının haqq işinə əlavə güc verib. Bu münasibətlə hər zaman Kıbrıs türk xalqının yanında olan və hər fürsətdə KKTC-yə dəstəyini nümayiş etdirən Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla, öz bəyanatı ilə bizi bir daha şərəfləndirən Pakistanın Baş naziri cənab Şahbaz Şərifin timsalında dost və qardaş Pakistan hökumətinə və xalqına minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, dövlətimiz, Kuzey Kıbrıs Türk Cümhuriyyəti qədəm qoyduğu bu şərəfli yolda Anavətən Türkiyədən aldığı sarsılmaz güc, dost və qardaş dövlətlərin göstərdiyi həmrəylik ilə ən qısa zamanda layiq olduğu yeri tutacaqdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.