BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2025-ci ilin yanvar ayında proqnozla müqayisədə 8 faiz və ya 44 milyon manat çox olmaqla 579 milyon manat təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya DSMF-dən məlumat verilib.
Bildirilib ki, “Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 11 faiz və ya 44 mln. manat artaraq 443 milyon manat olub. Ötən ay DSMF-nin xərcləri 574 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 66 milyon manat çoxdur”.
İlk şərhi yaza bilərsiniz