Press "Enter" to skip to content

“CAN”Könüllülük və İnkişaf Proqramı

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – Virciniyada fəaliyyət göstərən Azərbaycan Evi istedadlı və həvəsli könüllüləri yeni yaradılmış “CAN” Könüllülük və İnkişaf Proqramına qoşulmağa dəvət edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, “Birlikdə Daha Güclüyük” şüarı altında reallaşacaq layihə icma ilə əlaqələri gücləndirmək, mədəniyyət mübadiləsini təşviq etmək, könüllülərin peşəkar və şəxsi inkişafına töhfə vermək üçün yaradılıb: “Proqramın hədəfi müxtəlif sahələrdən olan insanların bir missiya altında birləşdirilməsi, icma ilə əlaqələrin inkişafı, zəngin mədəni irsimizin qorunub saxlanılması, onun təbliğ edilməsidir. “CAN” Könüllülər Korpusu proqrama qoşulacaq hər bir könüllüyə uğur qazanmaq üçün lazım olan mentorluq və təlim imkanları təklif edir. Birlik, güc və firavanlığı təmsil edən nar isə layihənin simvolu seçilib”.

Məlumatda deyilir ki, müxtəlif peşəkar və akademik təcrübəyə malik insanları proqrama qoşulmağa dəvət edən Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova, xüsusilə aşağıda qeyd olunan sahələr üzrə dəstək göstərmək istəyən könüllülərin axtarıldığını vurğulayıb. Söhbət qrant yazılması, tədbirlərin təşkili, sosial media və icma ilə əlaqələrin qurulması, rəqəmsal varlığı genişləndirmək və qlobal auditoriya ilə əlaqə yaratmaq, həmçinin tərcümə və dil dəstəyindən gedir. Proqrama qoşulmaq istəyənlər Azərbaycan Evinin İnstaqram səhifəsindəki link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.