Press "Enter" to skip to content

BŞTİ-dən xeyirxah addım

Uşaqlara arzuladıqları oyuncaqlar, intellektual legolar hədiyyə edilib

İdarənin müdir müavini Xəyalə Əhmədzadə 136 nömrəli tam orta məktəbdə təhsil alan “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə görüşüb

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə paytaxtdakı 136 nömrəli tam orta məktəbdə təhsil alan “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İdarədən məlumat verilib.

Görüşdən xatirə fotosu
Görüşdən xatirə fotosu

Bildirilib ki, “şagirdləri sinif otağında ziyarət edən X.Əhmədzadə uşaqlarla səmimi söhbət edib, dərsləri ilə maraqlanıb, gələcək arzularını dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Görüşün əsas məqsədi uşaq sığınacağının sakinlərinin məktəbə adaptasiya vəziyyəti ilə maraqlanmaq, onların motivasiyasını gücləndirmək və cəmiyyətə inteqrasiyasını dəstəkləməkdən ibarətdir”.

Məlumata görə, daha sonra uşaqlar üçün əyləncəli oyunlar və interaktiv fəaliyyətlər təşkil olunub, onlara arzuladıqları oyuncaqlar, intellektual legolar hədiyyə edilib.

Sevincli anların yaşandığı görüşdən xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, paytaxtdakı digər məktəblərdə təhsil alan uşaq evlərində məskunlaşmış azyaşlıların ziyarət olunması da nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.