Press "Enter" to skip to content

Aİİ-nin dekanının həmmüəllif olduğu kitab Türkiyədə nəşr olunub

Aİİ-nin dekanının həmmüəllif olduğu kitab Türkiyədə nəşr olunub

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, Dos. Elnurə Əzizovanın həmmüəllif olduğu “Bəylikdən cahan dövlətinə Osmanlılar” (Beylik’den Cihan Devleti’ne Osmanlılar”) adlanan ikicildlik əsər Türkiyə Elmlər Akademiyası (Türkiye Bilimler Akademisi) tərəfindən nəşr olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “əsərdə Osmanlı bəyliyinin siyasi, mədəni, ictimai və dini tarixi təfsilatlı şəkildə təhlil olunur, bəylik quruluşundan imperatorluğa gedən yol müxtəlif aspektlərdən araşdırılır. E.Əzizova sözügedən kitabın “XIV-XV əsr səyyahlarının gözü ilə Anadolu bəyliklərində sosial-iqtisadi həyat: Osmanlı bəyliyi nümunəsində” (XIV- XV Yüzyıl Seyyahlarının Gözüyle Anadolu Beyliklerinde Sosyo-Kültürel Hayat: Osmanlı Beyliği Örneğinde”) adlanan fəslinin müəllifidir. Fəsildə avropalı və müsəlman səyyahların səyahətnamələri nümunəsində XIV-XV əsrlərdə Osmanlı bəyliyinin sosial-iqtisadi həyatı tədqiq olunur. Sözügedən hissədə həmçinin səyyahların türklərin adət-ənənələri, Osmanlı bəyliyində ictimai struktur, müsəlmanların qeyri-din mənsubları ilə birgəyaşayışına dair məlumatları da təhlil olunur”.

Fəsildə qadınların cəmiyyətdəki mövqeyinə dair səyyahların qeydlərinə xüsusi diqqət vurğulanır, türk cəmiyyətində onların köçəri və oturaq həyat tərzinə sosial təsiri üzərində durulur.

Osmanlı tarixinin ilk dövrlərinə dair yeni məlumatlar təqdim və tədqiq edən ikicildlik əsər bu sahədəki elmi ədəbiyyata mühüm töhfə sayılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.