Press "Enter" to skip to content

ADPU-da Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

ADPU-da Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığıyla 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADPU-dan daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, Bakı şəhəri Nəsimi rayonu general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib. Universitetin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova ADPU-nun, həmçinin Kitabxana – İnformasiya Mərkəzinin tarixi və bu günü haqqında danışıb, 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü barədə geniş məlumat verib. 14 Fevral təqvimdə ən gənc bayramlardan biridir. 2012 -ci ildə təsis olunan bu bayram uşaq kitab saytının təsisçisi Emmi Brodmoorun adı ilə bağlıdır. Beynəlxalq Kitab Bağışlama Günü 2013-cü ildən bir çox ölkələrdə, həmçinin Azərbaycanda qeyd olunur”.

Sonra xəbərdə, “Z.Həsənova bildirib ki, ADPU-nun Kitabxana – İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu bayram hər il ənənəvi olaraq müxtəlif məktəblərlə birgə qeyd edilir: “Məqsəd uşaqlarda kitaba sevgi, böyüklərdə bağışlamaq, hədiyyə etmək ovqatını gücləndirməkdir”. ADPU-nun rektoru, tarix elmləri doktoru, Prof. Cəfər Cəfərov təhsilin xalqların taleyindəki rolundan bəhs edib. Rektor müasir dövrün çağırışlarına cavab verən gənc kadrların hazırlanmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, uşaq, yeniyetmə və gənclər arasında oxu vərdişini gücləndirməklə buna nail olmaq mümkündür” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, “ADPU-nun elmi və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, Prof. Asəf Zamanov gənclərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, gənc nəslin milli ruhda yetişməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün şəraitin yaradılması çox vacibdir. Kərim Kərimov adına 8 saylı tam orta məktəbin direktoru, tarix üzrə fəsləfə doktoru Aytən Baxşıyeva deyib ki, bu bayramın əsas məqsədi adından da göründüyü kimi kitab bağışlayaraq gənc nəsillərin mütaliəyə olan həvəsini artırmaqdır. O, belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib”.

Tədbirin sonunda uşaqlara kitab hədiyyə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.