Press "Enter" to skip to content

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin (ETN) birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən ETN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Olimpiadada iştirak edən IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirəcək, eyni zamanda, şagirdlər arasında şahmat turniri təşkil ediləcək”.

Sonra xəbərdə, “komanda yarışı formatında keçiriləcək olimpiada regional və respublika mərhələlərindən ibarətdir. Cari ilin aprelində keçirilməsi planlaşdırılan regional mərhələnin nəticələri əsasında qaliblərin müəyyən olunması üçün may ayında olimpiadanın final mərhələsi təşkil ediləcək” deyə qeyd edilir.
Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.

Mission News Theme by Compete Themes.