Press "Enter" to skip to content

Yaşıl Kart Sistemi üzrə 50 mindən çox müqavilə rəsmiləşdirilib

BAYRAQDAR MEDİA – 2024-cü ildə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Yaşıl Kart Sistemi üzrə ixtisaslaşdırılmış təşkilat funksiyalarını uğurla davam etdirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İSB-dən məlumat verilib.

Bildirilib ki, “il ərzində İSB tərəfindən Yaşıl Kart Sistemi çərçivəsində 50 min 207 Yaşıl Kart müqaviləsi rəsmiləşdirilib və ümumilikdə 7 milyon 215 min 431 manat sığorta haqqı toplanıb. Bu müqavilələrin 40 min 38-i Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə olub və 2 milyon 507 min 573 manat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə 10 169 Yaşıl Kart müqaviləsi rəsmiləşdirilərək 4 milyon 707 min 858 manat sığorta haqqı toplanıb”.

Məlumata görə, 2024-cü ildə Azərbaycan Yaşıl Kart sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilikdə 314 yol-nəqliyyat hadisəsi baş verib: “Bu hadisələr üzrə 1 milyon 226 min 847 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 3907 manat olub. Ötən il Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 154 hadisə üzrə 1 milyon 280 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə ortasığorta ödənişi 8 min 314 manat təşkil edib. Ümumilikdə ötən il Yaşıl Kart Sistemi çərçivəsində xarici ölkələrdə baş vermiş 468 yol-nəqliyyat hadisəsi üzrə 2 milyon 507 min 244 manat sığorta ödənişi həyata keçirilib. 2024-cü ildə Türkiyə, Ukrayna, Rusiya, Çexiya, Moldova, Macarıstan, Polşa respublikalarında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdiyi 49 yol-nəqliyyat hadisəsinə görə ümumilikdə 96 667 manat sığorta ödənişi edilib. Xatırladaq ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılması həyata keçirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.