Press "Enter" to skip to content

Tibb Hüququ Komitəsi yaradılıb

Tibb Hüququ Komitəsi yaradılıb

BAYRAQDAR MEDİA – Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) tibb hüququ sahəsində maarifləndirmə, həkim və pasiyent hüquqlarının müdafiəsi, tibbi xidmətlərin hüquqi tənzimlənməsi istiqamətində fəaliyyət göstərmək üçün Tibb Hüququ Komitəsini təsis edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AKHA-dan daxil olub.

Xəbərdə deyilir ki, “Komitəyə AR Vəkillər Kollegiyasının üzvü, Nota Bene Consulting MMC-nin rəhbəri Roman Qaraşov sədr təyin edilib. Komitənin əsas məqsədləri arasında həkimlərin və pasiyentlərin hüquqlarının qorunması, tibbi səhvlərlə bağlı hüquqi mexanizmlərin hazırlanması, beynəlxalq tibbi hüquq sənədlərinin tətbiqi və maarifləndirmə işlərinin aparılması yer alır”.

AKHA sədri Oktay Mehtiyev vurğulayıb ki, Komitə səhiyyə və hüquq sahəsində mühüm dəyişikliklərə təkan verəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.