BAYRAQDAR MEDİA – AK Parti Eskişehir millət vəkili Nebi Hatipoğlu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Eskişehirdə enerji layihələri və təbii qaza çıxışla bağlı bir araya gəlib.
Bu barədə Nebi Hatipoğlunun ofisindən məlumat verilib.
Bildirilib ki, “görüşdə N.Hatipoğlu göstərdiyi maraq və qayğıya görə nazir A.Bayraktara təşəkkür edib. O, görüşün Eskişehir üçün əhəmiyyətli bir addım olduğunu vurğulayıb”.
Məlumata görə, N.Hatipoğlu bildirib ki, görüşdə xüsusilə şəhərin enerji infrastrukturunun gücləndirilməsi və təbii qaza çıxışı olmayan məhəllələrin vəziyyəti müzakirə olunub: “Eskişehirdə həyata keçirilən enerji layihələri və təbii qaza çıxışı olmayan məhəllələrin vəziyyəti ilə bağlı məhsuldar görüş keçirdik. Nazirimizə göstərdiyi maraq və qayğıya görə təşəkkür edirəm”.