BAYRAQDAR MEDİA – Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülh Qüvvələrinin Colan Təpələrindəki bazasının təhlükəsizliyini təmin edən Qazaxıstan əsgərləri fədakar əməyinə görə mükafatlandırılıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Fauar bazasında xidmət edən 139 qazax əsgəri və 4 qərargah zabiti atəşkəsin qorunması və təhlükəsizliyin təmin edilməsinə görə Birləşmiş Millətlər Təşkilatının Müşahidəçi Qüvvətinin (UNDOF) Missiya rəisi və Qüvvələr Komandanı general-mayor Anita Asmah tərəfindən medallarla təltif edilib. Qazaxıstan qüvvələri 11 ay ərzində bölgədə 200 partlamamış hərbi sursatı zərərsizləşdirib və BMT əməkdaşının tibbi evakuasiyasına şərait yaradıb.
Qazaxıstan ilk müstəqil sülhməramlı qüvvələrini 2024-cü ilin martında Colan təpələrinə yerləşdirib”.