Press "Enter" to skip to content

Özbəkistanlı tələbələrə Azərbaycan təcrübəsi

Özbəkistanlı tələbələrə Azərbaycan təcrübəsi

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasındakı razılığa əsasən, bu İnstitutun tələbələri Mərkəzdə akademik təcrübə keçəcəklər.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Xəbərə görə, bu təşəbbüs iki qardaş xalq arasında dostluq və mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Layihə çərçivəsində tələbələr Azərbaycan dili kurslarında iştirak edəcək, eyni zamanda müxtəlif mədəni tədbirlərin təşkilinə qoşularaq yerli mühitdə bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Təcrübə proqramı ərzində onlar Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə yaxından tanış olacaq, milli mədəni irsi daha dərindən öyrənəcəklər. Bu layihə tələbələr üçün həm akademik, həm də praktiki biliklər əldə etmək baxımından böyük fürsətdir. Azərbaycan dilinin Özbəkistanda öyrənilməsi iki ölkə arasında elmi və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Bundan əlavə, proqramın iştirakçıları gələcəkdə Azərbaycan-Özbəkistan münasibətlərində mühüm rol oynaya biləcək mütəxəssislər kimi yetişəcəklər.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən dostluq münasibətlərinin göstəricisidir. Gələcəkdə bu cür proqramların davamlı olması və daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.