BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində ümumilikdə üç ünvanda vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ayrı-ayrı ünvanlarda bağlı qapı arxasında və liftdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib”.
İlk şərhi yaza bilərsiniz