BAYRAQDAR MEDİA – İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verir ki, Rəştin Lakan zindanında saxlanılan Güney Azərbaycanlı İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədi Rəşt İnqilab Məhkəməsinin ikinci bölməsi tərəfindən yenidən edam cəzasına məhkum edilib.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Xəbərə əsasən, Ş.Məhəmmədi bir daha müxalif qruplaşmaya üzv olaraq üsyan qaldırmaqda günahlandırılıb.
Qeyd edək ki, Güney Azərbaycanlı fəal daha öncə eyni ittihamla edama məhkum edilsə də apellyasiya şikayətindən sonra barəsində çıxarılan ölüm hökmü Ali Məhkəmə tərəfindən ləğv olunmuşdu.
İlk şərhi yaza bilərsiniz