Prof.Dr. Birol Akgün: Məqsədimiz liderlərimizin müəyyənləşdirdikləri baxış bucağına və ölkələrimiz arasında qədim qardaşlığa layiq olmaqdır
BAYRAQDAR MEDİA – “Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi, bənzəri olmayan qardaşlıqları ilə əlaqələrimizi Şuşa Bəyannaməsində də qeyd olunan müttəfiqlik çərçivəsində daha da inkişaf etdirəcəyik”.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün deyib.
Prof.Dr. Birol Akgün bildirib ki, səfir olaraq vəzifəsi bu qardaşlığı daha da gücləndirmək olacaq: “Məqsədimiz liderlərimizin müəyyənləşdirdikləri baxış bucağına və ölkələrimiz arasında qədim qardaşlığa layiq olmaqdır. Əlaqələrimizi hər sahədə inkişaf etdirmək üçün gecə-gündüz çalışacağıq. Türkiyə Azərbaycanla qardaşdır. Səfir olaraq vəzifəm bu qardaşlığı daha da gücləndirməkdir”.
Səfir Azərbaycanın dar gündə Türkiyənin hər zaman yanında olduğunu vurğulayaraq deyib: “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir. Türkiyə və Azərbaycan daim birlikdə olub. Biz Qarabağ müharibəsində qardaşlarımızın zəfərini gözlədik. Türkiyədə baş verən fevral zəlzələsində Azərbaycandakı qardaşlarımızın yardımsevərliyini unutmayacağıq”.
Səfir sonda “Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi ilə əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq daha da inkişaf etdirəcəyik. Bu yolda gecə-gündüz çalışacağıq” deyə qeyd edib.
İlk şərhi yaza bilərsiniz