Press "Enter" to skip to content

27 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar ayında 27,2 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “onlardan 8,2 min şəxs münasib işlərlə təmin olunub, 577 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 112 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 18,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
Korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.