Press "Enter" to skip to content

Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi ilə görüş

Görüşdən xatirə fotosu

Zahid Xəlil: Təşəkkür edirəm ki, məni belə intellektual uşaqlarla görüşdürdünüz

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseydə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, “BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı görkəmli pedaqoq, uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair Zahid Xəlil olub. Şagirdlərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə qonaq ədəbiyyata gəlişindən, ilk qələm təcrübəsindən, ona məşhurluq qazandıran şeirinin yaranma tarixçəsindən danışıb. Z.Xəlil vətənpərvərlik hissinin aşılanmasında bədii əsərlərin rolundan, uşaqlar üçün qələmə aldığı Vətən müharibəsindəki Zəfərdən bəhs edən “Dəmir yumruq dastanı” əsərindən bəhs edib, uşaq ədəbiyyatının bugünkü problemlərindən danışıb, şagirdlərin mütaliəsi üçün onlara kitab tövsiyələri verib”.

Məlumata görə, qonaq Azərbaycan təhsilinin gələcəyindən, bu yolda həyata keçirilən uğurlu islahatlardan, Azərbaycan məktəbinin yetişdirdiyi gəncliyə olan böyük ümidlərindən söz açıb.

“Təşəkkür edirəm ki, məni belə intellektual uşaqlarla görüşdürdünüz”, deyən Z.Xəlil gənclər, yeniyetmələrlə ünsiyyətdən hər zaman böyük zövq aldığını vurğulayıb, məktəbliləri düşündürən suallara aydınlıq gətirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.