Press "Enter" to skip to content

İş adamları yeni səfirlə görüşüb

Görüş zamanı

Görüşdə Şuşa Bəyannaməsinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli bir yol xəritəsi olduğu vurğulanıb

BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Prof.Dr. Birol Akgünü ziyarət ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Dövlət-özəl tərəfdaşlığının önəmi vurğulanıb

Bildirilib ki, “İdarə Heyətinin sədri Rəşad Cabirli səfirə yeni vəzifəsində müvəffəqiyyətlər arzu edərək qurumun fəaliyyəti və strateji hədəfləri doğrultusunda gələcək planları haqqında məlumat verib”.

Görüşdən xatirə fotosu
Görüşdən xatirə fotosu

Rəşad Cabirli eyni zamanda, MÜSİAD Azərbaycan olaraq fəaliyyətlərində dövlət-özəl dialoqunun və tərəfdaşlığın önəmini vurğulayıb: “O, bundan sonra da “Tək millət” olan xalqlarımızın bütün istiqamətlərdə əlaqələrinin dərinləşməsi və inkişaf etdirilməsi üçün səylərini davam etdirəcəklərini bildirib”.
Səfirə “Azərbaycan’a gəlmək üçün #101NEDEN” adlı kitab təqdim edilib

Məlumata əsasən, görüşdə Rəşad Cabirli, Azərbaycan və Türkiyə arasında 2021-ci ildə dövlət başçıları tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli bir yol xəritəsi olduğunu vurğulayıb: “Səfir Birol Akgünə Azərbaycanın Türkiyədə, xüsusilə türk iş adamları arasında daha geniş tanıdılması məqsədilə hazırlanmış “Azərbaycan’a gəlmək üçün #101NEDEN” adlı kitab təqdim edilib”.

Zəngəzur koridoruTürküstana açılan bir qapıdır

Məlumatda deyilir ki, səfir Prof.Dr. Birol Akgün Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixindən bəhs edib: “Səfir “Bir millət iki dövlət” prinsiplərinə sadiq qalaraq sevincli gündə də, kədərli gündə də bərabər olduğumuzu bir daha dilə gətirib. Zəngəzur koridorununTürküstana açılan bir qapı olduğunu və bunun hər iki ölkə, o cümlədən Türk Dövlətlər Təşkilatına üzv ölkələr üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb”.

Qarşlıqlı xatirə hədiyyəsi təqdim edilərkən
Qarşlıqlı xatirə hədiyyəsi təqdim edilərkən

Səfir, həmçinin MÜSİAD-ın Azərbaycan və Türkiyə arasında münasibətləri gücləndirilməsində xüsusi rolunun olduğunu, ümumilikdə qeyri-hökumət təşkilatlarının bu əməkdaşlığa önəmli töhfələr verdiyini qeyd edib: “Türkiyənin Azərbaycandakı səfirliyi olaraq bundan sonra sahibkarların, o cümlədən qeyri-hökumət təşkilatlarının hədəfləri doğrultusunda fəaliyyətlərini dəstəkləyəcəklərini bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.