Press "Enter" to skip to content

İran Ermənistanla birləşib Azərbaycan idmanını mənimsədi…

İran Ermənistanla birləşib Azərbaycan idmanını mənimsədi...

BAYRAQDAR MEDİA – IRNA xəbər verir ki, fevralın 11-də İranın idman və gənclər naziri Əhməd Dünyamalı Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanla görüşündə Azərbaycanın milli Zorxana idman növünü “iranlıların qədim və milli idmanı” adlandırıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.

Bildirilib ki, erməni diplomatla görüşdə İranlı nazir, “Tehran zorxana idman növünü Ermənistanda inkişaf etdirməyi düşünür. İran və Ermənistan coğrafi baxımdan bir-birinə yaxın olduğundan və ölkələr arasında viza rejimi olmadığından milli formada çıxış edən idmançılar üçün birgə düşərgələr keçiriləcək” deyib.

Beləliklə, İranlı nazir və Ermənistan səfiri farsların və ermənilərin çoxəsrlik Azərbaycanın mədəni, milli irsini qarət etmək və mənimsəmək ənənəsini həyasızcasına davam etdirirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.