BAYRAQDAR MEDİA – Denizlidə əhaliyə süd, çörək və ət xidmətləri göstərən Merkezefendi Bələdiyyəsi də “Halk market”layihəsini həyata keçirməyə hazırlaşır.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, “Bələdiyyə sədri Şeniz Doğan Ramazan ayı öncəsi “Halk Market” açmağı planlaşdırdıqlarını açıqlayıb. Bələdiyyə sədri Şeniz Doğan iqtisadi çətinliklər səbəbindən bu layihəni vətəndaşların tələbləri istiqamətində həyata keçirdiklərini deyib”.
Məlumata görə, Ramazan ayında paylanan ərzaq bağlamaları yerinə ehtiyacı olanların sərbəst şəkildə öz alış-verişini edə biləcəkləri bir sistem yaratdıqlarını ifadə edən Doğan, həmçinin “Biz istəyirik ki, vətəndaşlarımız öz ehtiyaclarına uyğun alış-veriş edə bilsinlər. Ərzaq bağlamalarının paylanması bələdiyyə işçiləri üçün gərginlik yaradır və bəzi vətəndaşlarımız inciyə bilər. Halk Market bu prosesi daha nizamlı və azad edəcək” sözlərini əlavə edib.
İlk şərhi yaza bilərsiniz