BAYRAQDAR MEDİA – Türkiyədə sürət qatarı layihələrinin reallaşdırılması davam edərkən, milyonlarla vətəndaşı maraqlandıran yeni bir addım atılıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “bu layihə ilə Eskişehirdən Antalyaya nəqliyyatla gediş məsafə zaman baxımından qısalacaq. artıq çox asanlaşacaq. Belə ki, Eskişehir-Kütahya-Afyonkarahisar-Isparta-Burdur-Antalya sürət qatar xəttinin araşdırma və layihə işləri tamamlanıb”.
Məlumata görə, AK Parti Kütahya İl sədri Ceyda Çetin Erenler bununla bağlı açıqlama verib. O, Türkiyənin nəqliyyat infrastrukturunun daha da gücləndiriləcəyini bildirib.
Qeyd olunub ki, sürət qatar xəttinin tamamlanması ilə Eskişehirlə Antalya arasında səyahət müddəti 5 saatdan 2,5 saata enəcək.
İlk şərhi yaza bilərsiniz